31.05.2021 / 15:59
\"Bir Pəncərə\" Mərkəzi vasitəsilə qeyri-neft ixracı neçə faiz artıb? - HESABAT
13063
Bu ilin yanvar-aprel ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 79,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Valyuta.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,2% artıb.
Bu ilin may ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15,3 mln. dollar olub ki, bu da aprel ayı ilə müqayisədə 10,5% azdır.
Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin may ayına qədər "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 553 mln. dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay