31.05.2021 / 14:54
Bu il Azərbaycan qızıl ixracını 48 % artırıb
13054
Bu ilin aprel ayında Azərbaycan xarici ölkələrə 21,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayında bildirilir.
Bu, 2020-ci ilin aprel ayının göstəricisi ilə müqayisədə 13,8 milyon ABŞ dolları və ya 2,9 dəfə çoxdur.
Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycan xarici ölkələrə 64,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin 4 ayı ilə müqayisədə 20,9 milyon ABŞ dolları və ya 47,8 % çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay