Bakı şəhərində sənaye məhsullarının istehsalı artıb - HESABAT
2021-ci ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,0 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən Valyuta.az-a verilən xəbərə görə, sənaye məhsulunun 76,4 faizi mədənçıxarma, 20,0 faizi emal, 2,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,9 faiz olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2021-ci il vəziyyətinə 340,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 79,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay