Aİ ilə ABŞ polad və alüminium vergilərində “atəşkəs” elan edib
Avropa İttifaqı (Aİ) və ABŞ hökuməti 2018-ci ildən davam edən polad və alüminium üçün əlavə gömrük vergisi ilə bağlı anlaşmazlığın aradan qaldırılması barədə ortaq açıqlama yayıb.
Valyuta.az xəbər verir ki, açıqlamada tərəflərin polad və alüminium sektorunda qlobal miqyaslı problemi həll etmək üçün danışıqlara başlandığına işarə edilərək, bazardakı tarazlığın pozulmasının Aİ və ABŞ-da bu sahədə çalışanlar üçün ciddi təhlükə yaratdığı bildirilib.
ABŞ və Aİ ölkələrinin oxşar milli təhlükəsizlik mənafeləri olduğu, bazar iqtisadiyyatına malik və demokrtik müttəfiqlər olduqları vurğulanan açıqlamada Çin kimi ticarəti pozan siyasətləri dəstəkləyən ölkələrə qarşı birgə hərəkət edəcəkləri qeyd olunub.
Aİ Komissiyasının sədr müavini Valdis Dombrovskis sosail media hesabından etdiyi paylaşımda “ABŞ-ın polad və alüminiuma tətəqiq etdiyi gömrük vergilərinə qarşı Aİ-nin yenidən tarazlaşdırma tədbirlərinin artırılmasını müvəqqəti şəkildə təxirə saldığını" göstərib.
Qeyd edək ki, ABŞ 2018-ci idlə “milli təhlükəsizlik” səbəbi göstərərək polad idxalına 25 faizlik, alüminium idxalına isə 10 faizlik əlavə gömrük vergisi tətbiq etmək qərarına Aİ ölkələrini də daxil etmişdi.
ABŞ-a qarşı cavab addımı atan Aİ də ABŞ-dan idxal olunan bir sıra məhsullara 25 faiz səviyyəsində gömrük vergisi tətbiq etmişdi və ayrı-ayrı məhsullar üçün bu vergi dərəcəsinin iyun ayından 50 faizə qaldırılacağını planlaşdırmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay