Sumqayıtdakı məşhur Stomatoloji klinika cərimə olunub - Nazirlik
Sumqayıt şəhərində fəaliyyət göstərən “Müasir Stomatologiya-Stomatoloji klinika” tərəfindən epidemiya əleyhinə rejimi və sanitariya-gigiyena tələblərini pozduğu aşkar olunub.
İqtisadiyyat Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, ictimai iaşə və turizm obyektləri istisna olmaqla, digər sahibkarlıq subyektlərində pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 4-də növbəti monitorinq keçirib.
Monitorinq zamanı həmçinin “Məlhəm-mağaza”, “Şüküroğlu mebel”, “Elmar market”, “Mebel sərgi salonu”, “Mebel klassika” pərakəndə ticarət obyektləri, Elmin Əliyevə və Qismət Məmmədova məxsus mağazalar olmaqla, ümumilikdə 16 obyekt tərəfindən sanitariya-gigiyena tələblərini pozduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay