Sənaye
03.05.2021 / 12:22
Naxçıvanda ÜDM istehsalında özəl bölmənin payı artıb
11809
Muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 88 faizi ötüb.
Naxçıvan İqtisadiyyat nazirliyindən Valyuta.az-a verilən məlumata görə, bu göstərici geniş profilə malik sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi, iş yerlərinin açılması nəticəsində baş verib.
Belə ki, müstəqillik illərində muxtar respublikada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül, yeyinti və kənd təsərrüfatı təyinatlı 1051 istehsal və xidmət sahəsinin yaradılmasına nail olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay