Sənaye
01.05.2021 / 19:47
“Baku Steel Construction”ın sədri dəyişib
11781
“Baku Steel Construction” ASC-nin İdarə Heyətinin sədri Vasif Bağırov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, səhmdar cəmiyyətinə sədrlik Həmid Zeynalova həvalə olunub.
Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə bir qədər əvvəl rəhbərliyi dəyişdirilmiş “Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay