Sənaye
30.04.2021 / 14:34
Sumqayıt Sənaye Parkının rezidenti nizamnamə kapitalını artırıb
11753
İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STDC” MMC nizamnamə kapitalını 13 mln 004 min 659 manat, yaxud 4,5% artırıb.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, şirkət kapitalı 288 mln 319 min 254 manatdan 301 mln 323 min 913 manata çatdırıb.
Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropada istehsal olunmuş avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay