Qızılın qiyməti indiki dəyərindən də bahalaşa bilər – PROQNOZ
Qızılın qiyməti 1800 dollar səviyyəsində əsas müqavimət səviyyəsini qırmaq ərəfəsindədir.
Valyuta.az İnvestaz.az-a istinadən xəbər verir ki, Kanadanın “TD Securities” bankının analitikləri qiymətlərin qalxacağı qənaətindədirlər.
Onların düşüncəsinə görə, bu ilin əvvəlində uğursuz bir başlanğıcdan sonra sarı metal bir daha öyrəşdiyi qiymət reytinqinə girir.
Bankın məsələ ilə bağlı yaydığı icmalda bildirilir ki, qızıl bazarı üçün yorucu üç aydan sonra qiymətli metal yenidən ədalətli dəyərinə yaxınlaşır:
“Yaxın gələcəkdə investorlar 1800 dollarlıq əhəmiyyətli müqavimət səviyyəsini aşacağını gözləyə bilərlər”.
Analitiklərə görə, ABŞ Mərkəzi Bankı (FED) məşğulluq və inflyasiya planını tələb olunan səviyyəyə çatdırmaq üçün çox uzun müddət yumşaq pul siyasətini davam etdirəcək.
“TD Securities”-in proqnozuna görə, ABŞ-da və dünyanın digər ölkələrində artan inflyasiya təzyiqləri sayəsində qızıl 2021-ci ilin sonuna qədər 1900 dollara qədər yüksələ bilər.
Lakin, qızıl qiymətinin yüksəlmə tendensiyasını düzəltməzdən əvvəl ABŞ Federal Ehtiyat Sistemi dəstəkləyici amil kimi çıxış edəcək pul siyasətinin davamını bir daha təsdiqləməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay