Sənaye
28.04.2021 / 15:09
Füzulidəki yataqların əksəriyyəti işğal dövründə istismar edilib - RƏSMİ
11613
“Füzuli rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edilib”.
Valyuta.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Füzuli rayonunda dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı - 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yatağı mövcud olub.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay