Türkiyə və Azərbaycan arasında yeni iqtisadi əməkdaşlıq qurulur - NAZİRLİK
Türkiyə və Azərbaycan səmərəli istehsal sahəsində əməkdaşlıq edəcəklər.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sənaye Texnologiya Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumata əsasən, səmərəli istehsal sahəsində əməkdaşlıq məqsədi ilə Türkiyədə yaradılan model zavodlarla əlaqədar layihə qrupunun səfərləri həyata keçiriləcək.
Bütün bunlarla yanaşı Türkiyə və Azərbaycan arasında sənaye parkları, zonaları və məhəllələri ilə bağlı da təcrübə mübadiləsi həyata keçiriləcək.
“Bunun üçün tərəflər arasında qarşılıqlı səfərlər təşkil olunacaq” - deyə nazirlikdən bildirilib.
Nazirlikdən bildirilib ki, Azərbaycanla bundan sonra da müxtəlif sahələrdə əməkdaşlıq ediləcək. Sənaye və texnologiya sahəsində əməkdaşlıq hər iki dövlətin maraqlarına xidmət etməklə yanaşı, eyni zamanda təcrübə mübadiləsinin də artmasına təkan verəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay