Bu il hüquqi şəxslərə ayrılan kreditlərin həcmi azalıb – Mərkəzi Bank
Cari ilin mart ayında Azərbaycanın kredit təşkilatları tərəfindən ticarət və xidmət sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kreditlərin ümumu məbləği 2 milyard 508 milyon manat təşkil edib.
Valyuta.az-ın Mərkəzi Bankın yaydığı hesabata əsasən apardığı hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 3,4 faiz azdır.
Qeyd edək ki, cari dövrdə özəl müəssisələrə ayrılan vəsaitin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 93, 4 milyon manat və ya 3,6 faiz az, yəni 2 milyard 493.7 milyon manat olub. Belə ki, keçən il bu məbləğ 2 milyard 587.1 milyon manat təşkil edib.
Bu ilin mart ayında dövlət mülkiyyətində olan müəssisələrə ayrılan vəsait özələ müəssisələrə nisbətən dəfələrlə az olub və bu səviyyə cəmi 14,3 milyon manat təşkil edib. Bununla belə bu göstərici ötən ilin mart ayı ilə müqayisədə 2,7 milyon manat və ya 18,9 faiz çox olub, yəni ötən dövrdə dövlət mülkiyyətinə ayrılan vəsaitin ümumi həcmi 11,6 milyon manat səviyyəsində olub.
Qeyd edək ki, bu ilin mart ayında özəl və dövlət müəssisələrinə ayrılan qısamüddətli kreditlərin ümumi məbləği 691.8 milyon manat, uzunmüddətli kreditlərin həcmi isə 1 milyard 816.2 milyon manat təşkil edib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay