Sənaye
23.04.2021 / 14:36
Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib – RƏSMİ
11353
Cari ilin yanvar-mart aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinin yaydığı rüblük hesabata əsasən bildirir ki, üç ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb.
İtaliyaya ixracın dəyəri 1 milyard 469,6 milyon ABŞ dolları, Türkiyəyə 739,3 milyon dollar, Hindistana isə 349,4 milyon dollardır.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır.
İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 550,2 milyon dollar, Türkiyə ilə 1 milyard 118,2 milyon dollar, Rusiya ilə 585,2 milyon dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay