Sənaye
21.04.2021 / 12:48
Nazir sənaye məhəllələrinə investisiya qoyuluşlarının həcmini AÇIQLADI
11206
“Azərbaycanın sənaye məhəllələrində müəssisələrə ümumi investisiya qoyuluşları 73 milyon manatı ($43 milyon) ötüb”.
Valyuta.az İnterfax.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Hazırda mövcud sənaye məhəllələrinə 73 milyon manatdan çox investisiya yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan artıq məbləğdə məhsul satışı həyata keçiriblər”, - deyə Cabbarov qeyd edib.
Qeyd edək ki, Azərbaycanda 4 sənaye məhəlləsi (Neftçala, Masallı, Hacıqabul, Sabirabad) fəaliyyət göstərir. Sənaye məhəllələrində həyata keçirilən layihələr üzrə investisiyaların ümumi həcmi 103 milyon manat təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay