Azərbaycan Belarusdan 550 traktor alacaq - NAZİR
“Azərbaycan Belarusdan 550 traktor alacaq”.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə açıqlama verən Belarusun sənaye naziri Pyotr Paxomçik bununla bağlı müqavilə imzalandığını deyib.
Nazir bildirib ki, Minsk avtomobil zavodunun istehsalı 6 nəqliyyat vasitəsinin tədarükü məsələsi artıq müzakirə olunub:
"Bundan başqa, Azərbaycan tərəfi təkcə traktorların satın alınmasında deyil, həm də ölkədə istehsalın təşkil olunmasında maraqlıdır".
Onun sözlərinə görə, Bakı traktorların alınması üçün Minsklə 9 milyon dollar məbləğində müqavilə imzalayıb:
"Hazırda "Belkommunmaş" müəssisəsinin istehsalı olan 4 elektrobusun sınaqları davam edir. Bu sınaqların nəticələri əsasında həmin nəqliyyat vasitələrinin istehsalını təşkil edəcəyik. Biz Azərbaycanı təmin etməklə yanaşı, İran və Türkiyə bazarlarına çıxış əldə etməyi planlaşdırırıq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay