Ayaqqabı satışı kəskin azalıb
2020-ci ildə Azərbaycanda ayaqqabı satışı kəskin şəkildə azalaraq son dörd ilin ən aşağı səviyyəsinə enib.
Valyuta.az Olaylar.az-a istinadən bildirir ki, ötən il 845 milyon manat dəyərində ayaqqabı satılıb ki, bu da 2019-cu illə müqayisədə 88,7 milyon manat və ya 9,5 faiz azdır.
Ayaqqabı satışı 2018-ci ildə 893,5 milyon manat, 2017-ci ildə 872 milyon manat, 2016-cı ildə 736 milyon manat olmuşdu. Ümumilikdə, ayaqqabı satışında azalma 2010-cu ildən sonra ilk dəfə müşahidə edilib.
Ötən il ayaqqabı satışının 10 faizə yaxın azalmasını karantinlə əlaqələndirmək olar. 2020-ci ilin müəyyən dövründə parkların, digər ictimai istirahət yerlərinin bağlı qalması, eyni zamanda SMS icazə sisteminin tətbiq edilməsi, bir sıra iş yerlərinin bağlı qalması hərəkət məhdudiyyəti yaradıb və insanlar daha az piyada gəzib. Bu səbəbdən ötən il yeni ayaqqabıya tələb azalıb.
2020-ci ildə paltar və digər geyimlərin satışında da azalma müşahidə edilib. Amma paltar və geyimlərdə olan azalma 1-1,5 faiz səviyyəsində olub ki, bunun da əsas səbəbi qiymət endirimləri ilə bağlıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay