Türkiyədə geyimin bahalaşması Azərbaycana necə təsir edəcək? - ŞƏRH
"Əgər malların istehsalında xarici komponentlər varsa və ölkə daxilində valyuta bahalaşırsa, o zaman təbii ki, malın istehsalı baha başa gəlir. İstəlinən halda devalvasiya əlavə olaraq qiymət artımı yaradır. Amma ümumilikdə bu proses bazar iqtisadiyyatı olan ölkələrdə tez bir zamanda formalaşır”.
Bunu iqtisadçı alim Nazim Bəydəmirli Türkiyə bazarında iki gündür geyim əşyalarının qiymətində olan artımdan danışarkən deyib.
Ekspert hesab edir ki, Türkiyədə lirə dollar qarşılığında ucuzlaşırsa, həmin ölkədə ihtehsal olunun mal və xidmətlər zamanı xarici xammaldan istifadə olunursa və yaxud tariflər dəyişirsə, o zaman yerli mal istehsalçıları da qiyməti artırmaq məcbiriyətində qalırlar:
"Ancaq Azərbaycana idxal olunan məhsullar dollar ekvivalentində qalxmamalıdır. Ona görə Türkiyədə yerli valyutanın ucuzlaşması əslində idxalçılar üçün xeyirlidir. Ancaq Azərbaycanda monopoliya olduğundan xarici ticarət partnyorlarımızın valyutaları devalvasiya olsa da, bizim ölkəmizədə də qiymətlər optimallaşmır. Daha doğrusu, ucuzlaşmır. Bu mənada anormallıq baş verir və idxalçı olaraq bizim ölkədə mallar bahalaşır”.
Nazim Bəydəmirli bildirib ki, Azərbaycanda baş verən iqtisadi proseslərin arxasında məmur sahibkarlığı, inhisarçılıq və onun yaratdığı qiymət artımı dayanır:
"Biz isə bundan idxalçı ölkənin vətəndaşları olaraq əziyyət cəkirik”. //Qaynarinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay