BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9689

İcbari tibbi sığorta xidmətlərində müəyyən limitlər tətbiq olunacaq. 

Valyuta.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İcmatiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib. 

Bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfində 2550 sayda tibbi xidmət daxildir. Burada 2 istiqamət üzrə limit nəzərədə tutulub:  

“Xidmətlər zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Bunların hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur pulsuzdur. İl ərzində artıq 11-ci prosedur vətəndaşın öz vəsaiti hesabına olacaq”. 

Bundan başqa, 2 əməliyyat üzrə limitlər tətbiq olunur. A.Əhmədovanın sözlərinə görə, bu, oynaqdaxili endopritezlərin yerləşdirilməsi və kokolyar cihazın yerləşdirilməsi, dəyişdirilməsi ilə bağlıdır. Onların hər biri üçün illik limit 300 ədəddir. Digər xidmətlərdə heç bir limit yoxdur.  

Xatırladaq ki, icbari tibbi sığorta sistemi sonuncu mərhələ üzrə bu il aprelin 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda işə düşəcək. Nəzərə alsaq ki, həmin şəhər və rayonlarda yaşayan kifayət qədər vətəndaş digər regionlarda qeydiyyatdadır. Qaydalara görə, hər kəs qeydiyyatda olduğu rayon və ya şəhərdə pulsuz xidmət ala bilər. Bəs Bakıda yaşayan həmin vətəndaşlar paytaxta tibbi xidmət almaq üçün nə etməlidir? 

Suala aydınlıq gətirən A.Əhmədova bildirib ki, rayon qeydiyyatında olan şəxslər hazırda yaşadıqları yerdə müvəqqəti qeydiyyata düşməlidirlər. Bunun üçün Daxili İşlər Nazirliyinə müraciət edərək müvəqqəti qeydiyyata alma ilə bağlı arayış almalıdırlar. Pulsuz xidmət almaq üçün tibb müəssisəsinə müraciət edərkən həmin sənəd də təqdim edilməlidir. Əks halda, onlar bu xidmətdən yararlana bilməyəcəklər. 

Onu da qeyd edək ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilkin səhiyyə xidmətləri, təcili tibbi yardım, ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. Ambulator şəraitdə müalicə alan şəxslər dərmanları öz vəsaitləri ilə almalı olacaq. Ancaq stasionar müalicə alarkən dərman və tibbi ləvazimatlara görə əlavə ödəniş tələb olunmur. 

İlkin səhiyyə xidmətləri poliklinikalarda, sağlamlıq mərkəzlərində və tibb məntəqələrində göstərilir.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin