BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9518

17 martda təqdim edilən “yaşıl pasport” (Green Pass) təklifi, yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş peyvəndlə aşılanmş insanlara  şamil ediləcək.

Bunu adi xəbər kimi görməyənlər yəqin anladılar ki, söhbət  vaksinlərin siyasi təzyiq aləti kimi istifadəyə başlanmasından gedir. Bir neçə həftə əvvəl Azərbaycan prezidenti  İlham Əliyev də çıxışlarından biri zamanı bildirmişdi ki, bəzi ölkələr peyvənd ehtiyatı yığıb və bununla da digər ölkələrin ehtiyac duyduğu aşıları almasına mane olurlar. “Humanitar dəyərlərin həyata keçirilməsinə çağıran bir sıra aparıcı dövlətlər yenidən ikili standartlara əl atırlar”. 

Valyuta.Az xəbər verir ki, bu gün öz keyfiyyəti , ucuzluğu və əlçatanlığı ilə seçilən Çin və Rusiya peyvəndləri özlərini müsbət göstəricilərlə sübut etsə də EMA tərəfindən qəbul olunmur. EMA dörd peyvəndi təsdiqləyib – “Pfizer-BioNtech”, “AstraZeneca”, “Moderna” və “Johnson & Johnson”. Halbuki, bu günə qədər 10-dan çox ölkə, onlarla aşılanmış adamda tromboz müşahidə edildiyi üçün, “AstraZeneca” ilə peyvəndləməni dayandırıb. Lakin Avropa Birliyi ölkələrinə “AstraZeneca” peyvəndi ilə uçuş problem yaratmadığı halda  Çin və Rusiya peyvəndlərinin pasportları etibarsız hesab olunur.

COVID pasportları hələ müzakirə mərhələsindədir və bu sahədə konkretlik yoxdur. Hər dövlət öz havasını çalır və ətrafdakıları da bu havaya oynamağa məcbur etmək istəyir. Turizmin dünya iqtisadiyyatında rolunu  nəzərə alaraq, bu kimi peyvənd ayrıseçkiliyinin  turist axınının süni şəkildə yönləndirilməsində  rol oynayacağını düşünmək çətin deyil.

Peyvənd insanların pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər olmadan bir ölkədən digərinə səfər etmək imkanlarını geri qaytarmaq əvəzinə yeni məhdudiyyətlər  də yaradır. Bəzi ölkələrdə aşılanmış və bunu təsdiqləyən sənədi olan hər kəsin girişinə icazə verilirsə, digər ölkələrə yalnız müəyyən peyvənd növü ilə peyvənd olunmuş şəxslərin sərbəst daxil olması mümkün olacaq. Turisti çox almaq istəyən ölkə məcbur olacaq vaksini tələb olunan ölkədən alsın. Söhbət yalnız turizmlə də kifayətlənmir. İş axtarmaq  üçün başqa ölkələrə üz tutanlar, iş quranlar, müharibələrlə bağlı köç edənlər, idxal-ixrac prosesləri- bütün bunların hamısı bu böyük siyasi gedişin bir parçası olacaq.

Görünən budur ki, 2021-ci lin birinci yarısında “vaksin”, ən yaxşı vaksin və peyvəndləmənin nəticələri barədə xəbərlər üstünlük təşkil edəcək. Hazırda vaksin sahəsində dünya bazarlarında ABŞ, Çin, Rusiya, Almaniya, İsveç arasında  gərgin və gizli rəqabət gedir. Vaksin özlüyündə böyük iqtisadi məhsuldur. İndi vaksini olan dövlətlərin güc yarışı başlayacaq, bir-birlərinin tərəfdaşlarını əlindən qoparmaq mübarizəsi gedəcək. Hansı vaksinin hansı dərəcədə effektiv olması yox, onların hansı güc mərkəzlərini yaradacağı əsas məsələ olacaq. Məlum məsələdir ki, hansısa vaksinin səmərəli və ya səmərəsiz olması barədə söhbətlər medianın onu necə təqdim etməsindən asılıdır. Yəni istədiklərini əla, istədiklərini təhlükəli məhsul kimi insanların şüuruna yeridəcəklər.

Böyük ehtimalla peyvədlənmənin məcburi xarakter alması fonunda əvvəl virusa münasibət, onun təqdimatı dəyişəcək. Yeni ilin ilk günündə ÜST rəhbərinin yeni xəstəliklərin yayılma ehtimalı barədə bəyanatı da bəşəriyyətə xəbərdarlıq idi. Bəşəriyyət yeni mərhələyə, bioloji silahlarla təhdid mərhələsinə qədəm qoyur. İxrac-idxal məhsullarının sırasında vaksinlər birincilik təşkil edəcəksə, güclü elmi sıçrayışlar, texnoloji inqilablar etməyə ehtiyacımız var deməkdir. 

Niyə bu vaksinləri bizim ölkə kəşf edib, dünyaya yaymamalıdır?

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin