Koronavirusun yeni növü aşkarlanıb? – AÇIQLAMA
"PCR müayinə üsulu ilə nəinki bütün virusları, hətta bakteriyaları, göbələkləri də aşkar eləmək mümkündür”.
Valyuta.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib.
Fransada koronavirusun PCR testlərdə görünməyən yeni növü ilə bağlı məlumata aydınlıq gətirən infeksionist, bu məlumata inanmadığını vurğulayıb:
"PCR üslü 1983-cü ildə kəşf edilib, Nobel mükafatı alıb. Yəni, ən dəqiq malekulyar genetik üsuludur. Koronavirus infeksiyasına diaqnoz qoymaq üçün ən effektli müayinə üsulu PCR-dir. Məsələn, koronaviruslu 100 xəstə test olunduqda PCR vasitəsi ilə onun təqribən 80-85%-də bu virus aşkarlana bilər. Digər 25%-də isə virus olsa belə biz onu aşkarlaya bilməyəcəyik. Burada bir neçə faktor var. Onun iş prinsipi virusun protein zülallarının aşkar edilməsinə əsasən diaqnoz qoyur. Burun-qulaqdan götürülən yaxma PCR olunanda orada virusun yükü önəmli rol oynayır. Yəni, yaxmada virus yükü çox olarsa, diaqnoz qoymaq daha rahat olur, amma virus yükü az olarsa, o zaman PCR nəticəsi neqativ çıxır. Bəzən virusa yeni yoluxan şəxslərdə PCR diaqnostikasını aparsaq da, neqativ görünəcək. Çünki virus yükü önəmlidir. PCR-in özünün də virus yükünü müəyyən edəcəyi minumal bir hədd var”.
Seroloji qan testindən keçməyə gəlincə Vüqar Cavadzadə bu üsülun tam təkmilləşmədiyini qeyd edib:
"Bu üsulla koronavirusa tam diaqnoz qoymaq mümkün deyil”.
Qeyd edək ki, Fransada koronavirusun PCR testlərdə görünməyən yeni növü aşkarlanıb. Bu barədə Fransanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay