"Astra Zeneca" peyvəndinin istifadəsini dayandırmağa əsas yoxdur - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı peyvəndləmə üçün “Astra Zeneca” şirkətinin dərmanından istifadəni dayandırmaq üçün tutarlı əsas görmür.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin sözçüsü Marqaret Harris brifinqdə bildirib.
“Avropanın tibb agentliklərinin təhlükələrin müşahidə və dəyərləndirilməsinə dair komissiyasının mövqeyi həmin peyvəndin ziyandan çox fayda verməsindən ibarətdir. Həmçinin ÜST-nin Dərmanların Təhlükəsizliyinə dair Məşvərət Komitəsi də bütün peyvəndlərin təhlükəsiz olub-olmadığını müəyyənləşdirir. Onlar hazırda “Astra Zeneca”ya dair xəbərləri təhlil edirlər” - təşkilat rəsmisi qeyd edib.
Xatırladaq ki, sözügedən peyvəndin tətbiqi nəticəsində qan laxtalanması hallarının yaranmasına dair xəbərlər üzündən Danimarka, Norveç, İslandiya, sonra da Bolqarıstan həmin dərmanın istifadəsini müvəqqəti dayandırıb.
Hazırda məsələnin ekspertlər tərəfindən ətraflı araşdırıldığını bildirən ÜST sözçüsü martın 9-na olan vəziyyətə görə dünyada “Astra Zeneca” peyvəndinin 268 milyon dozasının istifadə olunduğunu, bununla bağlı ölüm halları barədə məlumat alınmadığını diqqətə çatdırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay