Səhiyyə
05.03.2021 / 15:16
Azərbaycanda 365 yeni yoluxma faktı qeydə alınıb
8579
Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, 175 nəfər xəstəlikdən müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər isə vəfat edib.
Bu günə qədər ölkədə ümumilikdə 236 012 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib. Hazırda xəstəxanalara 3335 aktiv xəstə var.
Qeyd edək ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7779, bu günə qədər isə ümumilikdə 2.635.770 test icra olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay