Səhiyyə
25.02.2021 / 20:23
"Azərbaycanda vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb" - Nazir müavini
8107
"Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb".
Valyuta.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, vaksin təhlükəsizdir: “Ümumiyyətlə, "Coronovac" vaksini təhlükəsizdir və heç bir ağırlaşma halı olmur".
Qeyd edək ki, fevralın 23-ə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.
Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə Çinin Sinovac şirkətinin istehsalı olan “Coronovac” peyvəndindən istifadə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay