Səhiyyə
22.02.2021 / 18:41
Son sutkanın yoluxma statistikası: 80-dən aşağı düşdü
7995
Azərbaycanda bu gün koronavirus infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Valyuta.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 836 nəfər müalicə olunaraq sağalıb, 3 202 nəfər vəfat edib. Hazırda 2 163 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3942, bu günə qədər isə ümumilikdə 2 555 058 test icra olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay