Səhiyyə
17.02.2021 / 20:04
Tibb işçilərinin vaksinasiyası niyə dayandırılıb?
7745
COVID-19-a qarşı tibb işçilərinin vaksinasiyası dayandırılıb.
Bu barədə həkimlər məlumat verib. Bildirilib ki, buna səbəb kimi qeydiyyatın apalıdığı portalın işləməməsi göstərilib. Portal bağlı olanda vaksin vurulan şəxslərin qeydiyyatını aparmaq qeyri-mümkündür.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmərinin hərbəri Elnarə Baxış Qaynarinfo-ya açıqlamasında sözügedən portalın İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus olduğunu bildirib:
"Bununla bağlı bizdə hər hansı bir məlumat yoxdur. Məlumat Səhiyyə Nazirliyi tərəfindən dəqiqləşməlidir. Portal TƏBİB-in deyil, İcbati Tibbi Sığortya məxsusdur. Sistem onlar tərəfindən hazırlanıb. Portalın işləyib-işləməməsi ilə bağlı heç nə deyə bilmərəm”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay