BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62526

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb.

Valyuta.az xəbər verir ki, bu Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.

"Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.

Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq", - nazirlikdən qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İtaliya Azərbaycandan qaz idxalını artırıb - "Eurostat"

Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?

Adına üç şirkət var, amma özünün xəbəri yoxdur (VİDEO)

Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq

Türkiyədə stüardessaların aldıqları maaş - MƏBLƏĞ

Yoxsulları 12 il müşahidə etdilər - İnsanları kasıb edən səbəblər

Top 10 kriptovalyuta reytinqində dəyişiklik - "XRP" və "Solana" yüksəlişdə

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

"MicroStrategy"nin 2 milyard dollarlıq hədəfi

Azərbaycanda kərpic istehsalı artıb - Rəqəmlər

Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır - Aleksandar Vuçiç

Dəniz səviyyəsinin artmasının neft limanları üçün təhlükəsi - "The Guardian"

"Amerikan süni intellekti üçün qızıl fürsət" - "Microsoft"un 80 milyard dollarlıq planı

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Bu ölkə “qızıl vizanı" ləğv edir

Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq

11 ayda 9 milyon manatlıq dərman istehsal edilib

Bu avtobus marşrutunun müsabiqəyə çıxarılması planlaşdırılır - AYNA

AZAL-ın təyyarəsi ilə bağlı yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Sabah bəzi yerlərdə yağış yağacaq

"Ayıq sürücü" qaydanı pozursa, cərimə kimə yazılır?

Ukrayna valyutası tarixi minimuma düşdü

Universitetlərə qəbulda keçid balları artacaq?

Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib

2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

Neftimiz bahalaşdı - Son qiymət

AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlandı

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin