TƏBİB sədri sertifikatsız fəaliyyət göstərən plastik cərrahlarla bağlı danışdı
"TƏBİB tabeli tibb müəssisələrində keçirilən plastik cərrahiyyə əməliyyatları ilə bağlı problem olmayıb”.
Valyuta.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib:
"Biz həkimlərin ixtisas, sertifikasiya dərəcələri və əvvəlki əmək fəaliyyətinə fikir veririk. Orada çalışan plastik cərrahlar qanunvericilik qaydaları ilə işə götürülür. Ən birinci məqsədimiz xəstələrə ehtiyac olan tibbi xidmətləri düzgün həyata keçirməkdir. Bizim həkimlərin işinə nəzarət edən deportamentimiz var. Bundan başqa çağrı mərkəzimiz, vətəndaş qəbullarımız var. Hər bir müraciət araşdırılır. Hələ ki, bizdə belə bir problem olmayıb. Qiymətlərə gəlincə, TƏBİB tabeli tibb müəssisələrində qiymətlər müşahidə şurası tərəfindən təyin edilir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay