Poliklinikalarda qızılca peyvəndi tapılmır - Özəl klinikalarda QİYMƏTLƏR
Bəzi dövlət tibb müəssisələrində qızılcaya qarşı peyvend tapılmır. Bildirlıir ki, artıq 2-3 aydan çoxdur ki, ölkədəki əksər dövlət xəstəxanalarına qızılcaya qarşı peyvend gətirilmir. Özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir. Bunun isə qiyməti olduqca bahadır.
Valyuta.az bildirir ki, bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, növbəti dövr üçün peyvənd ehtiyatları artıq ölkə ərazisindədir:
"Rəsmiləşdirilmə prosesi ən qısa zamanda yekunlaşacaq və peyvəndlər tibb müəssisələrinə paylanacaq. Hər hansı peyvənd çatışmazlığı olan tibb müəssisələrinin təcili olaraq anbar ehtiyatlarından təmin olunması ilə bağlı göstəriş verilib".
Bəzi özəl klinikalarda qızılcaya qarşı peyvəndlərin qiyməti isə aşağıdakı kimidir:
"Leyla Medikal Center" - 180 AZN
"Medera Hospital" - 200 AZN
“Modern Hospital” - 200 AZN (29 avqusta olacaq)
"Liv Bona Dea Hospital Baku" - 200 AZN
"Baku Medical Plaza" - 200 AZN
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay