Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda tez-tez apteklərdə yoxlamalar aparılır, həmçinin, laboratoriyalarda tibb və əczaçılıq vasitələrinin keyfiyyəti yoxlanılır.
Ötən illərdə laborator yoxlamalar zamanı bir neçə dərman vasitəsi istehsalçı tərəfindən təqdim edilmiş keyfiyyət parametrlərinə uyğunsuzluq aşkar edildiyi üçün geri çağırılıb.
Bəs bu il belə hallar olubmu və hansı dərmanlar geri çağırılıb?
Valyuta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi”ndən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bir adda dərman əczaxanalardan yığışdırılıb:
“Bu ilin ilk altı ayı ərzində, istehsalçı tərəfindən təqdim edilən keyfiyyət parametrlərinə uyğunsuzluqlar aşkar edildiyinə görə, "Aminoselekt" dərman vasitəsinin bütün seriyaları geri çağrılıb”.
Qeyd edək ki, geri çağırılan dərman vasitəsi İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay