Səhiyyə
20.06.2024 / 11:39
Zaur Əliyev: "Onkoloji xəstəliklərin müalicəsinin sığortası məsələsini həll etməyə çalışırıq"
50316
Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması məsələsi gündəmdədir.
Valyuta.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
O qeyd edib ki, bu, böyük xərc tələb edən sahələrdəndir: "Bununla bağlı aidiyyəti qurumlarla danışıqlar, müzakirələr aparılır. Bu məsələnin də həllini tapması üçün çalışırıq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay