Məşhur dərman şirkəti bu ili milyonlarla avro məbləğində zərərlə başlayıb
Almaniyanın biotexnologiya şirkəti "BioNTech" bu ilin birinci rübündə 315,1 milyon avro zərərlə üzləşib.
Valyuta.az xəbər verir ki, bu barədə "BioNTech"in yanvar-mart dövrü üçün balans hesabatında bildirilib.
Qeyd edilib ki, şirkətin zərərlə üzləşməsinin səbəbi COVID-19 peyvəndinə tələbatın azalması olub.
Məlumata görə, 2023-cü ilin ilk rübündə "BioNTech" 502,2 milyon avro xalis mənfəət əldə edib.
Şirkətin ötən ilin birinci rübündə 14,24 avro olan səhm üzrə xalis mənfəəti bu ilin eyni dövründə 2,05 avroya düşüb.
"BioNTech"in gəliri bu ilin birinci rübündə illik müqayisədə 85% azalaraq 187,6 milyon avroya enib. Şirkət ötən ilin birinci rübündə 1 milyard 277 milyon avro gəlir əldə edib.
Artıq şirkət COVID-19 pandemiyasından sonra diqqətini xərçəng dərmanlarının inkişafına yönəltmək qərarını verib və 2026-cı ildə xərçəng əleyhinə ilk dərmanını buraxmağı planlaşdırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay