Səhiyyə
02.04.2024 / 16:22
Ramin Bayramlı milyonluq şirkətini satdı
45474
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının “SPEKTR MED” şirkəti ondan alınıb.
Valyuta.az Medicina.az-a istinadən xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə “Avromed” şirkətinə verilib.
Qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vasitəsilə həyata keçirib.
COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR MED” şirkəti vasitəsilə həyata keçirilib. Bu əməliyyatlarda R.Bayramlının milyonlarla vəsait əldə etdiyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay