Bu ölkədə səkkiz ayda 3,2 milyon malyariya hadisəsi qeydə alınıb
Efiopiyada malyariya halları artmaqdadır, son səkkiz ay ərzində 3,2 milyon yoluxma qeydə alınıb.
Valyuta.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Şərqi Afrika ölkəsinin müxtəlif bölgələrində xəstəliyin sürətlə yayılması barədə xəbərdarlıq edən Səhiyyə Nazirliyi hər həftə təxminən 70 min insanın yoluxduğunu açıqlayıb.
Nazirlik qarşıdakı yağışlar mövsümünün xəstəliyin yayılmasını daha da gücləndirəcəyini qeyd edərək, malyariya ilə bağlı təcili maarifləndirmə aparılmasına və bütün ölkə ərazisində profilaktik tədbirlərin görülməsinə çağırıb.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi bildirib ki, risk altında olan icmalar arasında qeyri-adekvat yataq şəbəkəsi və ekoloji fəaliyyətlər, o cümlədən ağcaqanadların çoxaldığı ərazilərdə insektisidlərin səpilməməsi vəziyyəti daha da çətinləşdirir.
© AZƏRTAC
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay