Gömrük komitəsi qalmaqallı klinikaya protokol yazdı
“Medicare” klinikası iqtisadi fəaliyyət əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Valyuta.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Ötən il “Medicare” klinikası ölüm hadisəsi ilə gündəmə gəlmişdi.
Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, Lətafət Məmmədova adlı pasiyent "Medicare" klinikasında əməliyyat zamanı ölüb.
Bu hadisə ilə əlaqədar klinikanın fəaliyyəti dayandırlmışdı. Lakin bir müddət sonra “Medicare” yenidən fəaliyyətə başlayıb.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay