Xərçəngin müalicəsinin səmərəliliyini artırmaq üçün yeni üsul hazırlanıb
Stanford və Nyu-York universitetlərinin alimləri “immunitet sisteminin ləngidicisi" adlanan LAG-3 zülalının azaldılmasının xərçəngin müalicəsinin səmərəliliyini artırdığını aşkar ediblər.
Valyuta.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Proceedings of the National Sciences Academy” (PNAS) jurnalında dərc olunub.
Alimlər izah ediblər ki, bəzi xərçəng növlərində şiş hüceyrələri “immunitet sisteminin ləngidiciləri" adlanan zülalları “ələ keçirə” bilir. Məsələ ondadır ki, funksiya düzgün yerinə yetirildikdə, onlar immun sistemi hüceyrələrinə təhlükələri tanımağa və məhv etməyə kömək edir. Xərçəng hüceyrələri tərəfindən udulduqda, onlar bir növ qorunmanı təmin edə bilirlər. Bu proses, təkcə xərçəngin sürətlə irəliləməsinə imkan yaratmır, həm də immunoterapiyanın səmərəliliyini azaldır.
Tədqiqat zamanı elm adamları bu zülallardan biri olan LAG-3-ün mürəkkəb, mil şəklində struktura malik olduğunu aşkar ediblər. Onlar həm də LAG-3 zülalının monomerlər adlanan daha sadə iki molekuldan ibarət mürəkkəb molekul olan dimer olduğunu da kəşf ediblər. İki LAG-3 molekulu bir araya gələrək funksional nəzarət zülalı meydana gətirir. Bu halda LAG-3 dimerinin interfeysində və funksiyasında əsas amil şəkər qalığının olmasından ibarətdir.
© azertag.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay