Səhiyyə
22.02.2024 / 11:08
Özəl klinikalarda həkim qəbulu niyə bahadır? (VİDEO)
42839
Özəl xəstəxanalarda həkim qəbuluna girməzdən əvvəl ödəniş tələb olunur. Yəni xidmətdən razı qalsan da, qalmasan da həmin məbləği ödəməlisən. Qiymətlərdən isə əksəriyyət razı deyil.
Vətəndaşların bir çoxu da özəl klinikalarda həkim qəbulunun baha olduğunu deyir.
Valyuta.az xəbər verir ki, Tibb üzrə ekspert Rasif Bağırov deyir ki, həkim qəbulunun məbləğini həkimlər fərdi olaraq müəyyənləşdirirlər.
Tibb üzrə ekspert Adil Qeybulla isə vurğulayır ki, özəl tibb müəssisələrində qiymətləri bazar və iqtisadi münasibətlər tənzimləyir. Yəni buna kimsə müdaxilə edə bilmir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirildi ki, bu sahədə qiymətlərin tənzimlənməsi nazirliyin səlahiyyətlərinə aid deyil. (Xəzərxəbər.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay