Tibb işçisi olmayan tibb məntəqəsi - Qapıları bağlı qalıb (VİDEO)
Şamaxıda bir neçə il əvvəl yenidən qurulmuş tibb məntəqəsi hələ də istifadəyə veriləməyib. Çünki nə həkim var, nə də tibb bacısı.
Söhbət Şamaxının Mərzəndiyə kəndində yərləşən tibb məntəqəsindən gedir.
Kənd sakinlərinin sözlərinə görə, məntəqə bir neçə il əvvəl yenidən qurulub. Lakin hələ də istifadəyə verilməyib.
Sakinlər bildirirlər ki, ən xırda narahatlıqda belə rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Kəndin mərkəzdən uzaq olması isə həm xəstəni çatdırmaq, həm də maddi baxımdan sakinlərə xeyli çətinlik yaradır.
Sakinlər bildirirlər ki, tibbi məntəqəsinin fəaliyyətə başlaması üçün aidiyyəti qurumlara da müraciət ediblər. Cavab olaraq isə kadr çatışmazlığı əsas gətirilib.
"Xəzər Xəbər" məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Mərzəndiyə Tibb Məntəqəsi Sabir qəsəbə Ailə Sağlamlıq Mərkəzinə tabedir. Burada 2 ailə həkimi, 7 tibb bacısı və 1 mama çalışır. Mərzəndiyyə tibb məntəqəsində isə həkim ştatı nəzərdə tutulmayıb. Burada tibb bacısı ştatına işə qəbul üçün elan verilsə də, heç bir müraciət daxil olmayıb. Bu səbəbdən də məntəqə fəaliyyət göstərə bilmir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay