Səhiyyə
12.02.2024 / 15:53
Baş həkim vəfat etdi
42150
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov dünyasını dəyişib.
Valyuta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, baş həkim bu gün səhər saatlarında kəskin ürək çatışmazılığı səbəbindən həyatını itirib.
Qeyd edək ki, Abasov Lətif Bahadır oğlu 1965-ci ildə Bakıda anadan olub. O, 2006-cı ildən 2019-cu ilədək Xaçmaz RMX-də baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay