Özəl klinikalar icbari tibbi sğortadan 248 milyon manat qazanıblar
"Bu gün dövlət tibb müəssisələri ilə yanaşı 150-dən çox özəl və təsərrüfat hesablı tibb müəssisələrində vətəndaşlar icbari tibbi sğorta hesabına tibbi xidmət ala bilirlər. 2023-cü ilin 11 ayı ərzində özəl tibb müəssisələrində 155 mindən artıq əməliyyat və prosedur icra olunub ki, bu da 2022-ci illə müqayisədə 40 faiz artıq deməkdir".
Valyuta.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətini sədri Zaur Əliyev bildirib.
O əlavə edib ki, xidmətlərin göstərilməsi müqabilində özəl tibb müəssisələrinə 248 milyon manat vəsait xərclənmişdir.
Beləliklə, hər bir özəl və təsərrüfat hesablı tibb müəssisəsi ötən ilin 11 ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən orta hesabla 1 milyon 650 min manat alıb. ("Azərbaycan" qəzeti)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay