Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı
Ölkədə qızılca ilə bağlı vəziyyət stabildir. Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır.
Valyuta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bizim çağırışımız budur ki, valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərlərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa stasionar müalicəyə cəlb olunacaqlar, bunun üçün şərait də var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir. Xəstəxanalarda heç bir sıxıntı yoxdur. Vətəndaşlar övladlarında yaranmış hər hansı bir simptomun aradan qaldırılması, xəstəliyin müalicəsi ilə bağlı çox rahatlıqla həm sahə həkimlərinə, həm infeksion bölmələrə, həm də xəstəxanalara müraciət edib tibbi xidmətlər əldə edə bilərlər”,- deyə o bildirib.
V.Qurbanov əlavə edib ki, bu gün bizim aşkar etdiyimiz odur ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər.
“Biz bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir. Çağırışımız ondan ibarətdir ki, övladında hər hansı simptom müşahidə edilən valideynlər dərhal tibb müəssisələrinə müraciət etsinlər", - deyə V.Qurbanov qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay