Səhiyyə
08.12.2023 / 12:14
"Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir"
38192
Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov hazırda Azərbaycanda qızılca ilə bağlı vəziyyətin stabil olduğunu bildirib.
Valyuta.az xəbər verir ki, qurum rəhbəri jurnalistlərə açıqlamasında deyib ki, qızılcaya yoluxma halları ilə bağlı vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır.
"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxdurucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyətinə uyğun olaraq tədbirlər görülür", - V.Qurbanov əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay