Azərbaycanda qızılca ilə yanaşı digər virus infeksiyalarına yoluxma hallarına rast gəlinir
Bir sıra infeksion xəstəliklər sadalanan simptomlarla, yəni hərarətin yüksəlməsi, ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma və s. ilə həm uşaqlar, həm də böyüklərdə rast gəlinə bilər.
Valyuta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, hazırda payız fəsli olmasını nəzərə alaraq daha çox virus diareyalarının olması ehtimalı var: “Bundan başqa, bəzi kəskin respirator infeksiyaların da oxşar klinik mənzərəni verməsi güman oluna bilər. İstənilən halda həkim müayinəsi və lazım gələrsə, diaqnozun təsdiqlənməsi üçün spesifik laborator testlər tələb olunur. Hazırda qızılca ilə yanaşı digər virus infeksiyalarına-mövsümi qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarına rast gəlinir”.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay