Dünyada soyuqdəymədən müalicə qiyməti açıqlandı: Azərbaycan neçəncidir? (SİYAHI)
"NetCredit" mütəxəssisləri mövsümi soyuqdəymələrin müalicəsinin dəyərinə görə 152 ölkənin reytinqini tərtib ediblər.
Qaynarinfo xəbər verir ki, hesabat şirkətin saytında dərc olunub.
Soyuqdəymə vasitələrinin qiyməti bütün dünyada çox dəyişir. Tədqiqatda müəlliflər hər bir ölkədə soyuqdəymə dərmanı və öskürək siropunun altı günlük tədarükünün ümumi dəyərini nəzərə alıb və qiyməti dollara çeviriblər.
Məlumata görə, rifah halının yaxşılaşdırılması üçün ən çox Kuba sakinləri ödəyir - 31,8 dollar. Kubanı Beliz izləyir. Bu ölkədə soyuqdəymənin müalicəsi 28,29 dollardır.
İlk "beşliyə" Ermənistan (28,15 dollar), Rumıniya (25,94) və Samoa (24,00) daxildir.
Müalicə Qayana sakinləri üçün ən ucuzdur. Onlar cəmi 0,27 dollar ödəyirlər.
87-ci yerdə olan Böyük Britaniya Avropada dərmanların ən aşağı qiymətlərindən birinə sahibdir və insanlar müalicə üçün təxminən 10,7 dollar ödəyir. Yalnız altı Avropa ölkəsi - Litva, Polşa, Bosniya və Herseqovina, İsveç, Fransa və Çexiyada dərmanların qiyməti aşağı düşüb.
Yaxın Şərq və Mərkəzi Asiyada soyuqdəymə vasitələrinin qiymətləri yüksək deyil. Bu regionlarda dərmanların ən bahalı olduğu ölkə Türkiyədir (15,01 dollar). Lakin Türkiyədə dərman bölgədən kənardakı 47 ölkədən daha bahadır.
Azərbaycanda bu məbləğ 7,33 dollardır (12,46 AZN). Müqayisə üçün deyək ki, Qazaxıstanda bu məbləğ 6,05, Qırğızıstanda 5,09, Gürcüstanda 11,24, Rusiyada 18,65 dollardır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay