Səhiyyə
03.11.2023 / 16:57
Maliyyə naziri icbari tibbi sığorta üzrə yığımların artırılması təklifinə münasibət bildirib
35886
"Təklif olundu ki, icbari tibbi sığorta üzrə yığımları artıraq. Lakin bunu etsək güc yenə dövlətin üzərinə düşəcək".
Valyuta.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Eləcə də bax: “İcbari tibbi sığorta üçün yığımların artırılmasına ehtiyac var” – Millət vəkili
O bildirib ki, icbari tibbi sığorta üzrə yığımlar 2,8 milyard manatdırsa, onun sadəcə 500 milyon manatdan bir qədər artığı özəl sektordan daxil olur:
"Qalan vəsait dövlət orqanlarında çalışanlar hesabına formalaşır".
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay