Gələn il üçün adambaşına düşən icbari tibbi sığorta haqqının məbləği açıqlandı
2024-cü ildə əhalinin adambaşına düşən icbari tibbi sığorta haqqı 122 manat 94 qəpik təşkil edəcək.
Valyuta.az-ın məlumatına görə, bu barədə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 122 manat 94 qəpik götürülüb ki, bu da 2023-cü ilin sonuna gözlənilən 9,5 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay