Türkiyəli alimlərin hazırladığı xərçəng vaksini müsbət nəticə verdi
"BioNTech" şirkətinin xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksin uğurlu nəticə verib.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin təsisçiləri, türk alimlər Uğur Şahin və Özlem Türeci Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində deyiblər.
Alimlərin verdiyi məlumata görə, 15 ildir üzərində işlədikləri vaksinin ilk nəticələri ümidverici olub. Belə ki, "BioNTech"in istehsalı olan "CARVac" xərçəng vaksini ilk sınaqlarda şişlərin böyüməsini dayandırıb və hətta kiçildib.
44 xəstəyə 4 dozada vaksinin tətbiq olunduğu tədqiqatlarda pasiyentlərin 59 faizində şişlərin ən azı 30 faiz kiçildiyi müşahidə olunub. 95 faiz pasiyentdə isə vaksindən sonra xərçəng stabil vəziyyətə gəlib və böyüməsi dayanıb.
Qeyd edək ki, "BioNTech" 2030-cu ilədək təqribən 10 min xərçəng xəstəsini müalicə etməyi hədəfləyir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay