Səhiyyə
09.10.2023 / 18:41
Xankəndi şəhər poliklinikası TƏBİB-in balansına verildi
34127
Bir sıra KİV-də Xankəndi şəhər poliklinikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına verilməsi ilə bağlı məlumat yayılıb.
Valyuta.az-ın xəbərinə görə, yayılan məlumatlarda qeyd edilib ki, yaxın günlərdə inventarlaşdırma işlərinə başlanılacaq.
Məsələ ilə bağl TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xankəndi şəhərində digər həyati vacib sahələr kimi, tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
"01.10.2023-cü il tarixindən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də, tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub", - deyə əlavə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay