TƏBİB: "Elektron reseptlər gələn ilin əvvəlində hazır olacaq"
"Dövlət xəstəxanalarına dövlət büdcəsindən ayrılan vəsait 8 milyon manatdan 2.3 milyard manata yüksəldilib. Bu məbləğ çox görünsə belə, səhiyyə xərclərinin 50 faizinin altındadır".
Valyuta.az xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib.
Onun sözlərinə görə, səhiyyə xərclərimiz təxminən 4 milyard manata qədərdir: "Bunun böyük hissəsi vətəndaşların öz cibindən dərman vasitələrinə ödədiyi vəsaitdir. Yəni, vətəndaşlar dərman üçün təxminən 1 milyard manata yaxın vəsait ödəyirlər. Ölkədə qeydiyyatda olan bütün dərmanlar stasionar şəkildə vətəndaşlara verilir. Yaxşı olardı ki, ambulator şəraitdə də dərmanlara əlçatanlıq olsun. Yaxın gələcəkdə bunun təmin edilməsi nəzərdə tutulur. Aidiyyəti dövlət qurumları da bu istiqamətdə işlər görür. Nəticədə tələb 2-3 qat artmış olacaq. Dərman sahəsində ölkədən kənara asılılıq var. Bunun da qarşısı alınmış olacaq. Eyni zamanda, biz beynəlxalq dərman istehsalçılarını ölkəyə dəvət edirik".
O vurğulayıb ki, elektron resept də demək olar hazırdır: "Hər bir qurum bu sahədə hazırlıq işləri görür. Hesab edirəm ki, gələn ilin əvvəlində bunun şahidi olacaq, səhiyyənin ən böyük əskik hissəsi həll olunmuş olacaq".
Direktor müavini əlavə edib ki, hazırda xəstəxanalarda əczaçılar üçün 100-ə yaxın ştat açılıb: "Mərkəzi qaydada onların işə götürülməsi həyata keçirilir".
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay