BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
33427

Həkim: “Afrikada yaranan infeksiya bir neçə saat ərzində Avropaya çata bilir”

COVİD pandemiyası başa çatmamış dünyanı yeni virus bürüyə biləcəyinə dair xəbərdarlıqlar edilir.  Mümkündür ki, bu virus süni yayılsın, amma fakt odur ki, buna dair artıq informasiya yayılır.

Britaniyanın “Daily Mail” qəzetinə danışan elm adamları “X” adlı virusun koronavirusdan çox daha təhlükəli ola biləcəyini bildiriblər.

Sfera.az xəbər verir ki, yoluxucu xəstəliklər mütəxəssisi Prof. Dr. Bülənt Ərtoğrul NTV-də “X” virusu və virus infeksiyaları ilə bağlı danışıb.   

Professor bildirib ki, yeni pandemiyanın olması gözləniləndir:

“Əslində "X" adlandırdığımız virus hələ yoxdur, amma yarana da bilər. Biz buna hazır olmalıyıq. Bu, xəbərdarlıq kimi də başa düşülə bilər. Çox yaxın zamanda olmasa belə, bu əsrdə bir daha pandemiya baş verəcək. Pandemiyada ya yenə hansısa qrip virusu, ya da koronavirusun alt variant ilə qarşılaşa bilərik.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq ortaya çıxacaq hər hansısa pandemiyaya səbəb olacaq virusun dərhal nəzarətə alınması üçün büdcə ayrılması barədə inkişaf etmiş ölkələrə xəbərdarlıq edib və bu sahədə işlər görülür. Təşkilatın az inkişaf etmiş ölkələrdə səhiyyə sahəsinə dəstək verilməsi vacib məsələdir".

Həkim bu tip xəstəliklər zamanı antibiotiklərin istifadə olunmamasını da vurğulayıb: “Hazırda ən çox tənəffüs yolu infeksiyalarından danışmağımızın səbəbi bu yolla virusların daha tez yayılmasıdır. Onu da qeyd edim ki, belə yayılmış viruslarda antibiotiklər istifadə edilməməlidir. Yanlış antibiotik istifadəsinə görə, sadəcə, Türkiyədə yox, bütün dünyada bakteriyalar artıq antibiotiklərə qarşı müqavimət mexanizmi inkişaf etdiriblər. Buna görə də 30 il əvvəl viruslar üçün rahatlıqla istifadə etdiyimiz antibiotiklər indi istifadəyə yararsızdır”.

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a şərhində bildirib ki, infeksiyalara bağlı pandemiyalar, epidemiyalar təbii prosesdir. Mütəxəssis qeyd edib ki, zamanla bağlı dəqiq proqnoz vermək qeyri-mümkündür: “Tibb elminin inkişaf etməsi, yeni dərman preparatlarının yaradılması, gigiyena qaydalarına əməl edilməsi, o cümlədən dezinfeksiyaedici məhlullar pandemiyanın qarşısını nisbətən alır. Pandemiyanın əmələ gəlməsini və sürətlənməsini şərtləndirən amillərdən biri həmçinin dövlətlərarası səyahətlərdir. Afrikada yaranan infeksiya bir neçə saat ərzində Avropaya çata bilir”.

O ki qaldı antibiotiklərin düzgün istifadə olunmamasına,  mütəxəssis hesab edir ki, viruslardan daha çox, bakterial infeksiyaların meydana çıxmasına səbəb olur: “Bakterial infeksiyalar ölümə səbəb olur. Bu da bakteriyaların antibiotiklərə qarşı virulentliyinin artması ilə əlaqədardır. Nəticədə yeni antibiotiklərin yaradılması labüd olur, bahalı antibiotiklərin istifadə olunmasına gətirib çıxarır. Bir müddət sonra onların da təsiri azalır. Bu da onu göstərir ki, gələcəkdə bakterial infeksiyaların müalicəsində çətinliklər olacaq. Ehtimala görə, bununla əlaqədar ölüm sayı arta bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin