Oqtay Şirəliyevə bağlı şirkət məhkəməyə qarşısında
“Zeytun Pharmaceuticals” MMC iqtisadi fəaliyyət qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Valyuta.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub.
İş baxılması üçün Nizam Rayon Məhkəməsinə göndərilib.
Oktyabrın 5-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
“Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur. Bəhruz Şirəliyev vaxtilə “Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.
“Zeytun Pharmaceuticals” MMC-ni Bəhruz Şirəliyev təmsil etsə də, şirkətin sahibi kimi keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin adı çəkilir. Bu barədə mediada kifayət qədər yazılıb. Qarşı tərəf iddiaları təkzib etməyib.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay